"QİSASIMIZ MİSİLSİZ OLACAQ" - Medvedevdən general Kirillovun öldürülməsinə reaksiya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib.

Stopnarkotik.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, AFP və "Reuters" öz mənbələrinə istinadən Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürüldüyünü yazıb.