Ermənistanın Baş naziri Nikol Paşinyan səhər saatlarında “Facebook” sosial şəbəkəsində maska taxaraq işə getdiyini paylaşsa da, hökumətin bugünkü iclasını baş nazirin müavini Mher Qriqoryan keçirib.
İlasdan əvvəl Paşinyan “Facebook” sosial şəbəkəsində “etikaya riayət olunmasının təhlükəsizliyi təmin edən amil olduğunu, etikanın pozulmasının isə təhdidlər yaratdığını” vurğulayıb.
Dekabrın 25-də Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitindən əvvəl Baş nazir COVİD testindən keçib və onun virusa yoluxduğu məlum olub.