ABŞ 100-ə yaxın gürcü məmuruna viza qadağası qoyacaq

Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.

"2024-cü ilin may ayından etibarən Dövlət Departamenti 100-dən çox Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq etmək üçün addımlar atıb", - Dövlət departamentin sözçüsü bildirib.

Bir qayda olaraq, Dövlət Departamenti ABŞ vizaları almağa qadağa qoyulacaq şəxslərin adlarını hələki açıqlamır.

Vaşinqton həmçinin bu həftə iki yüksək rütbəli gürcü məmurunu - daxili işlər naziri Vaxtanq Qomelauri və Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyatlar İdarəsinin rəis müavini Mirzə Kezevadzeni həftələrdir davam edən Avropayönlü etirazları amansızlıqla yatırdıqlarına görə hədəfə alıb.

Bu addım onların ABŞ-dakı bütün aktivlərini dondurur və ümumiyyətlə amerikalılara onlarla işləməyi qadağan edir. Bu məmurlarla əməkdaşlıq edənlər də cəza tədbirləri ilə üzləşə bilər.

Etirazlar noyabrın sonunda “Gürcü arzusu” rəhbərliyinin 2028-ci ilə qədər Avropa İttifaqıyə üzvlük danışıqlarını dayandırdığını elan etdikdən sonra güclənib.

"Transparency İnternational" təşkilatı bildirib ki, son iki həftə ərzində ölkə üzrə 460-dan çox insan saxlanılıb, 300-dən çox nəfər pis rəftara və ya işgəncəyə məruz qalıb, o cümlədən onlarla media işçisi.

ABŞ repressiyaları pisləyib və “Gürcü Arzusu” rəsmilərinə qarşı əlavə cəza tədbirləri görəcəyinə söz verib.

"Turan"