Polis əməkdaşları Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlayıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.