"Polis əməkdaşları tərəfindən məbləğindən asılı olmayaraq bank kartlarından edilmiş oğurluqlarla bağlı daxil olan müraciətlərə həssaslıqla yanaşılır və operativ tədbirlər həyata keçirilir".
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumatda bildirilir.
Qeyd olunur ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Saray qəsəbə sakininin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Şəhriyar Allahverdiyev saxlanılıb.
Səbail RPİ 9-cu Polis Bölıməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsin bank kartından 29 manatını oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq barəsində müvafiq tədbir görülüb.
Stopnarkotik.az