ƏVVƏL NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Abşeronda keçmiş məhbus saxlanıldı

Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatlarını talayaraq hadisə yerini tərk etdiyini bildirib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb.

Araşdırma aparılır.