Vətəndaşların 38 min manatını dələduzluqla ələ keçirən şəxslər tutuldu - BİRİ KEÇMİŞ MƏHKUMDUR

Bakı, Sumqayıt və Abşeronda vətəndaşların 38 min manatını, həmçinin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb.