Paytaxtın Yasamal rayonunda üç nəfərin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 nəfər şəxsin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 50 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.