Vətəndaşın kredit kartından 5 min manat oğurlandı - VİDEO

Vətəndaşın kredit kartından 5 000 manatdan artıq pul oğurlanıb.

İmişli sakini Xəzər Əliyev iddia edir ki, SMS və şəxsi məlumatlarını paylaşmamasına baxmayaraq, onun kart hesabından xeyli miqdarda vəsait çıxarılıb. Hesabda əvvəlcə 2 000 manat olub.

Zərərçəkənin sözlərinə görə, mobil telefonuna kredit limitinin artırılması ilə bağlı mesaj gəldikdən sonra hesab 2 000 manatdan 5 600 manata qaldırılıb. Yenə də hesabdan məbləğ çıxılıb.

Kiberdələduzluğa məruz qaldığını deyən İmişli sakini öncə banka müraciət edib, lakin bankdan heç bir kömək ala bilməyib.

Xəzər Əliyev əlavə edib ki, bu məsələ ilə bağlı ərazi üzrə polis bölməsinə də şikayət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, vətəndaşın müraciəti əsasında araşdırma aparılır.

Ətraflı süjetdə: