Xaçmazda qətl hadisəsi olub.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.
Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinəsinə yumruqla zərbə vurub. Nəticədə İlham Hüseynov ölüb.
Məlumata görə, öz evində öldürülən mərhum bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib. Qeyd olunur ki, Orxan Hacıbəlyev qayınatasının evində öz arvadı ilə dalaşıb. Bu zaman naməlum səbəbdən qayınatasına da yumruqla zərbə vurub.
O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılaraq, istintaq aparılır.