Ukraynada icmaların və ərazilərin inkişafı naziri müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.
Stopnarkotik.az xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib.
T. Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F. Məmmədov 2023-cü ildə vəfat edib.