Türkiyədə şagird müəllimini bıçaqladı

Türkiyənin Ankara şəhərində dəhşətli hadisə baş verib.

Stopnarkotik.az xəbər verir ki, 17 yaşlı şagird müəllimini bıçaqlayıb.

Sözügedən hadisə Ankaranın Pursaklar bölgəsində baş verib. 17 yaşlı şagird aprelin 22-də təhsil aldığı liseyə elektron siqaretlə gəlib. Bunu görən 55 yaşlı direktor müavini Sadettin Dinçer onun valideynlərinə xəbər verib.

Müəlliminin valideynlərinə xəbər verməsinə əsəbiləşən 17 yaşlı yeniyetmə məktəbin birinci mərtəbəsində gizlənib. Daha sonra qəflətən arxadan hücum edərək direktor müavinini ayağından bıçaqlayıb. Yaralı müəllim xəstəxanaya aparılıb.

Polis hadisəni törədən yeniyetməni saxlayıb. Faktla bağlı araşdırma aparılır.