Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında əməliyyatları davam etdirir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat çərçivəsində Suriyanın Amude bölgəsində PKK /YPG terror təşkilatının “rəhbər şəxsi” Muhtesim Akyürek məhv edilib.
Onun qruplaşmanın hərbi təlim məsələləri üzrə “rəhbər şəxsi” olduğu bildirilib.