Türkanda evdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı - RƏSMİ AÇIQLAMA

Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.