Türk ordusu bu il İraq və Suriyada 2000-dən çox terrorçunu zərərsizləşdirib

Türk ordusu yanvarın 1-dən indiyə qədər İraq və Suriyanın şimalı da daxil olmaqla 2 min 84 terrorçunu zərərsizləşdirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, xüsusilə son 4 ayda İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı ümumilikdə 1 min 110 hədəf məhv edilib, 820 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, il ərzində 122 terrorçu təslim olub.

Nazir onu da qeyd edib ki, yanvarın 1-dən bu günədək 199 min 898 nəfərin Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.