Tərtər rayonunda qardaşlar arasında dava qətllə bitib.
Belə ki, 1991-ci il təvəllüdlü Sədi Mətləb oğlu Əliyev qardaşı 32 yaşlı Abil Mətləb oğlu Əliyevi öldürüb.
Yaxınlarının sözlərinə görə, onların aralarında tez-tez mübahisə olurmuş:
"Mərhum çox içki içərdi. Bu dəfə nalayiq ifadələr işlədib daha sonra qardaşı ilə əlbəyaxa çıxıblar. İlk bıçağı Abil çəkib, Sədi özünü müdafiə edərkən bıçaq Abilə dəyib".
Ətraflı Baku TV-nin süjetində:
*** 09:00
Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Bu haqda Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 06/14/2024 - 22:44
İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.
Əlavə məlumat veriləcəkdir.