“Tramp əsl simasını göstərdi” – MEDVEDEV İRANA HÜCUMDAN QƏZƏBLƏNİB

"İranla bütün danışıqlar “ötrük əməliyyatı” idi. Heç kim buna şübhə etmirdi. Heç kim həqiqətən heç nə ilə razılaşmağa hazırlaşmırdı. Sual budur ki, düşməninin şərəfsiz sonunu gözləməyə kimin səbri daha çoxdur?"

Bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev öz sosial şəbəkə səhifəsində ABŞ və İsrailin İrana qarşı başlanan hərbi əməliyyatı barədə yazıb.

Medvedev hesab edir ki, "sülhməramlı (Donald Trampı nəzərdə tutur - red.) bir daha əsl simasını göstərib".

Əlindən başqa heç nə gəlməyən sabiq Rusiya Prezidenti tarixə “kəllə vurub” və qeyd edib ki, "ABŞ-nin dövlət kimi cəmi 249 yaşı var, Fars İmperiyası isə 2500 ildən çox əvvəl qurulub". Ancaq bunun hazırda nəyi həll etdiyi məlum deyil…/azpolitika.info