Sabunçuda avtomobildən oğurluq edən keçmiş məhkum saxlanıldı

Bakının Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.

DİN mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb.

Həmin şəxs taladığı akkumulyatorları satıb.

Araşdırma aparılır.