ABŞ-da tərkibində kannabinoid olmayan GMO çətənə yetişdirildi

ABŞ-da CRISPR (Klasterləşdirilmiş Daimi Aralıqlı Qısa Palindromik Təkrarlamalar) texnologiyasından istifadə edərək iki yeni genetik modifikasiya olunmuş çətənə növü yaradılıb və hökumət onu federal qaydalardan azad etmək qərarına gəlib.

Bu, GMO bitkilərə məhdudiyyətlər olmadan kommersiya məqsədli istifadəyə yol açıb. Bunlar ABŞ-ın Viskonsin-Madison Universiteti tərəfindən hazırlanmış “Badger PMR” (toz küfünə davamlı) və “Badger Zero” (kannabinoidsiz) sortlarıdır. Bu barədə “Agroportal” CiB – Biotexnologiya Məlumat Mərkəzinin məlumatlarına istinadla xəbər verir.

Stopnarkotik.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) məlumatına görə, qərar Heyvan və Bitki Sağlamlığı Təftiş Xidmətinin (APHIS) qiymətləndirməsindən sonra qəbul edilib və qiymətləndirmədə bu bitkilərin ənənəvi sortlarla müqayisədə bitki sağlamlığı üçün daha yüksək risk yaratmadığı qənaətinə gəlinib.

Sözügedən iki ştamm, Viskonsin Bitki İnnovasiyası Mərkəzinin layihəsi çərçivəsində Viskonsin-Madison Universitetinin tədqiqatçıları qrupu tərəfindən hazırlanmışdır. “Badger PMR” növü, kannabisin ən çox yayılmış və problemli göbələk xəstəliklərindən biri olan toz küfünə tam müqavimət göstərmək üçün genetik olaraq redaktə edilib. Digər “Badger Zero” növü isə sınaqdan keçirilmiş bütün 14 kannabinoidi istisna etmək üçün redaktə edilib.

Tədqiqatçıların fikrincə, gen redaktəsi THC yaradan genləri deaktivləşdirib və nəticədə bu növlərdə THC tərkibi ABŞ federal qanunu ilə müəyyən edilmiş 0,3% limitindən aşağı salınıb. Bu, kannabis yetişdiricilərinin üzləşdiyi əsas çətinliklərdən biridir, çünki onlartın becərdiyi çətənədə 0,3% THC həddinin çox olması məhsulun məhv olmasını labüd edir. Viskonsin-Madison universitetinin tədqiqatçısı Maykl Petersen bildirib ki, "Badger PMR növündən əldə edilən növ Kornell Universitetində aparılan sınaqlarda toz küfünə tam müqavimət göstərib. Hal-hazırda onlar toxumların çoxaldılması və əlavə genotipik/fenotipik sınaqlar keçirlər". “Badger Zero” sortlarına gəldikdə, Petersen yazıb ki, onlar "kannabinoidsizdir və böyük miqyasda yetişdirilir, Nachappa laboratoriyasında genotipik/fenotipik və həşərat müqaviməti testlərindən keçirilir. Biz həmçinin bütün bu artıq prekursorun hara getdiyini də müəyyən edəcəyik, çünki biz kannabinoidlər istehsal etmirik".

Ənənəvi genetik modifikasiya olunmuş orqanizmlərdən fərqli olaraq, CRISPR təbii ya ənənəvi yetişdirmə yolu ilə baş verəcək dəyişikliklərin, nəzarətli şəkildə getməsinə imkan verir.

Bu səbəbdən, ABŞ da daxil olmaqla bir neçə nizamlayıcı qurum CRISPR ilə redaktə edilmiş bitkiləri ənənəvi GMO-lardan fərqləndirir və onları ayrıca qiymətləndirir. Bunun əksinə olaraq, Avropa Birliyində CRISPR redaktə edilmiş bitkilər hələ də qanuni olaraq GMO hesab olunur ki, bu da onların kommersiya istifadəsini məhdudlaşdırır, baxmayaraq ki, bu təsnifatın, xüsusən də çətənə kimi sənaye bitkiləri üçün yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələr davam edir.

Stopnarkotik.az