Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu fevralın 15-nə keçən gecə sərhədi keçməyə cəhd edərkən ölkənin keçmiş energetika naziri German Qaluşenkonu saxlayıb.
Bu barədə pravda.com.ua saytı mənbəyə istinadən məlumat verib.
Qeyd edilib ki, sabiq nazir qatardan düşürülüb. Mənbə əlavə edib ki, sərhədçilərin əlində Qaluşenko ilə bağlı qeyd olunan büro və prokuroluqdan sorğu olub. Bu sorğu onun sərhədi keçmək cəhdi halında məlumat almaq üçün nəzərdə tutulub. Bu cür təcrübə şəxsin adı cinayət işlərində hallandığı təqdirdə tətbiq edilir.
Milli Antikorrupsiya Bürosu Qaluşenkonun saxlanıldığını təsdiqləyib.