Ali Məhkəmədə Tovuzda tanışını bıçaqlamaqda təqsirləndirilən Canpolad Xanmirzəyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2023-cü ilin aprelin Tovuz rayonu Köhnəqala kəndində fəaliyyət göstərən çayxanada baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Məşədilər kənd sakini Xanmirzəyev Canpolad Çapay oğlu aralarında olan şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı, 1989-cu il təvəllüdlü Alıyev Elsevər Məlik oğlunu bıçaqla vurub.
Canpolad Xanmirzəyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittihamedici hökm çıxarıb. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Mətbuatda yayılan məlumata görə, zərərçəkmiş Elsevər Alıyev məktəblərin birində müəllim işləyib./pravda.az