Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermanın ərazisində aşkarlanıb.
İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.
***14.17
Tovuzda baş verən qətllə bəzi təfərrüatlar məlum olub.
Məlumata görə, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və Səbuhi Hacızadə Mətanət Hacızadəni bıçaqlayaraq öldürüb.
Onların 3 azyaşlı oğlu var.
Hazırda Səbuhi Hacızadənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
***12.47
Tovuzda qətl hadisəsi baş verib.
Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Əyyublu kənd sakini 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızı bıçaqlanıb.
Qadın hadisə yerində ölüb.
Hadisənin onu əri 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu tərəfindən törədildiyi bildirilir. Qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.