Taxta bazarından 6200 manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda bazardan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində yerləşən taxta bazarından 6200 manat dəyərində taxta məmulatları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Füzuli rayon sakini Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.