Suriyadan daha 6 vətəndaşımız ölkəyə gətirildi

Sentyabrın 18-i Suriyadakı düşərgələrdə saxlanılan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar.

Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.