Sumqayıtda yeznəsini və onun qardaşını bıçaqlayan şəxsə ağır cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd: Hadisə ötən il yanvarın 4-də Sumqayıtda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı yeznəsi, 1985-ci il təvəllüdlü Xəyal Əliyevi və onun qardaşı, 1987-ci il təvəllüdlü Tural Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralıların həyatını xilas etmək mümkün olub. Daha sonra Yadigar İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisəyə də Yadigarın bacısını yaşadıqları evə geri qaytarmaq olub. Xəyal isə buna etiraz edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə o, qardaşları bıçaqlayıb./pravda.az