Noyabrın 30-da 2002-ci il təvəllüdlü Z.Məmmədli Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək cari il oktyabrın 11-də yaşadığı mənzildə əri tərəfindən fiziki zorakılığa məruz qaldığını və onun kəsici alətlə qol nahiyəsinə xəsarət yetirdiyini bildirib.
Bu barədə Stopnarkotik.az-a DİN-Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
Hazırda müraciət üzrə təhqiqat araşdırmaları aparılır.
***10:11
Sumqayıtda ər arvadını bıçaqlayıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
1993-cü il təvəllüdlü Vüqar Məmmədli ailə münaqişəsi zəminində həyat yoldaşı 2002-ci il təvəllüdlü Zəkiyyə Məmmədliyə bıçaqla xəsarətlər yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.