Sumqayıtda idman müəllimi həbs edildi - MƏHKƏMƏ QƏRARI

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı Bakupost.az yayıb. Xəbərdə bildirilib ki, Əliyev Ceyhun Xasay oğlu yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq edib. Valideynlərin şikayətindən sonra müəllim həbs edilib.