Sumqayıtda evdən oğurluq edildi - İKİ QADIN TUTULDU

Sumqayıt şəhərində evlərin birindən oğurluq edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərin H.Z.Tağıyev qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 300 manat və 2000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən R.Abbasova və A.İbrahimova saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.