Sumqayıtda dələduzluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, şəhər sakini olan bir nəfər dələduzluq yolu ilə aldadılıb və hesabından 1500 manat pul çıxarılıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Düniyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.