Sumqayıtda DƏHŞƏT: Oğul anasını öldürdü, qardaşını yaraladı

Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu saxlanılaraq istintaqa təhvil verib.