Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyal Əli oğlu Xiyalıyev münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yaraları ilə diaqnoz qoyulan pasiyent reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımlar göstərildikdən sonra X.Xiyalıyev M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.