Sumqayıtda 31 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlandı

Sumqayıtda 31 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb

1993-cü il təvəllüdlü Təbriz Məmmədov aralarında baş vermiş mübahisə zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.