Avqustun 12-də Sumqayıt şəhəri ərazisində bir nəfərin kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti verib.
"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.