Nazirlər Kabineti 2 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Stopnarkotik.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra ixrac neft boru kəmələrinin "Mühafizə zonası"nda işlərin aparılmasına icazəni Energetika Nazirliyi ilə yanaşı, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi də verəcək.