Sərhəddən qaçaqmal qızıl keçirmək istədilər

Gürcüstan-Türkiyə sərhədində qanunsuz qızıl-zinət məmulatlarının idxalının qarşısı alınıb. Bundan başqa, Gürcüstan sərhədinin daha üç məntəqəsində üç qızıl qaçaqmal keçirilməsi halı aşkarlanıb və qarşısı alınıb. 
Stopnarkotik.az xəbər verir ki, "Sarp" keçid məntəqəsinin gömrükçüləri əcnəbi qaçaqmalçının üzərində şəxsi yoxlama zamanı 59,5 min lari (21,7 min dollar) dəyərində 358 ədəd qram qızıl-zinət əşyaları aşkar ediblər.
İşin materialları Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə verilib.
Daha üç qızıl qaçaqmalçılığı hadisəsi barəsində isə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Kutaisi hava limanında, Rusiya ilə sərhəddə yerləşən Kazbegi və Ermənistanla sərhəddə yerləşən Sadaxlı keçid məntəqəsində baş verən üç belə hal barədə məlumat verib. Gürcüstan vətəndaşı və iki əcnəbidə ümumilikdə 421 qram 53,7 min lari (19,5 min dollar) dəyərində qızıl-zinət əşyaları aşkar edilib.
Əcnəbilər 34,9 min lari (12,7 min dollar) məbləğində cərimələnib, Gürcüstan vətəndaşının iş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə verilib.
Stopnarkotik.az