Şərab mağazasından oğurluq edildi - 3 NƏFƏR TUTULDU

Bakıda şərab evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən şərab evlərindən birində qeydə alınıb.

Obyektdən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.

Araşdırma aparılır.