Sosial şəbəkələrdə narkotik vasitələrin açıq şəkildə alveri gedir - VİDEO

"Tik Tok" platformasında hesab açaraq psixatrop maddələrin satışını həyata keçirirlər.

Səhifə idarəçiləri əllərində müxtəlif növ vasitələrin olduğunu bildirirlər. Ünvan olaraq da Binəqədi, Keşlə, Əhmədli, Nərimanov və bəzi məkanların adları qeyd edilir. Narkotik maddənin qoyulduğu ərazilər də işarələnir və səhifələrdə paylaşılır.

İstifadəçilərin yazdıqları rəylərə verilən cavablarda çatdırılmanın da mümkün olduğu bildirilir.

Biz də səhifənin mesaj bölməsinə yazaraq məsələnin nə dərəcədə real olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, qiymət məhsuldan asılı olaraq dəyişir. 1 saata da istənilən ünvana çatdırılır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.