Atları oğurlayan qohumlar tutuldu - 2 İL HƏBS CƏZASI VERİLDİ

Goranboyda 3 at oğurlayan qohumlara cəza verilib.

Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, onlar Goranboy rayonu Borsunlu kəndində açıq sahəyə bağlanan və ümumi dəyəri 1800 manat olan 3 rəst atı oğurlayıblar.

Atı oğurlamaqda ittiham edilən şəxslər qohumdurlar. Zərərçəkmiş şəxs məhkəmədə ziyanın ödənildiyini bildirib və onlara yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Bərdə sakinlərinə 2 il ev həbsi verilib.