"Düşünürəm ki, Putinlə başqa cür davranmaq lazımdır" - TRAMP

"Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yoxdur" .

Bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

"Bu, məni onun müharibəni bitirmək istəmədiyini düşünməyə vadar edir. Düşünürəm ki, onunla başqa cür davranmaq lazımdır - “bankçılıq” və ya “ikinci dərəcəli sanksiyalar”? Çox sayda insan ölür!”, - Tramp qeyd edib.