Maştağada evdən qaçan yenitmə qızlar tapıldı - TAKSİ SÜRÜCÜSÜ SAXLANILDI / YENİLƏNİB

Stopnarkotik.az DİN-ə istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb. 

***21:05

**

Maştağada itkin düşən yeniyetmələrdən xəbər var. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Stopnarkotik.az-a bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Qeyd edək ki, onlar dayıqızı-bibiqızıdır.

**

Stopnarkotik.az