İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 406 nəfərə çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***15:07
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
Stopnarkotik.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər.
Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib.
Partlayışın səbəbi araşdırılır.
*** 14:55
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 115 nəfərə çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, xəsarət alan 115 nəfər xəstəxanalara yerləşdirilib.
***14:20
İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb.