ŞƏNBƏ VƏ BAZAR GÜNÜ 31,2 KQ NARKOTİK, 450 ƏDƏD ÇƏTƏNƏ KOLU AŞKARLANIB - Rəsmi açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 30-da və 31-də ümumi çəkisi 31,2 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 450 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunur.