Şəmkirdə iki əmioğlu bıçaqlandı - SAXLANILAN VAR

Şəmkirdə taksi sərnişinləri bıçaqlanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.