Şəmkirdə oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, rayon ərazisindəki iki evdən və bir mağazadan ümumi 3472 manat pul, 2500 manat dəyərində qızıl-zinət əşyaları, 53 manat dəyərində tütün məmulatı, eləcə də danışıq kartları oğurlanıb.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Təzəkənd kənd sakinləri S.Əliyev və F.Nəsirov müəyyən olunaraq saxlanılıblar.