Şəmkirdə DƏHŞƏT: qardaşı oğlunu bıçaqladı - YENİLƏNİB

Şəmkirdə qardaşı oğlunu bıçaqlayan şəxs saxlanılıb.

Stopnarkotik.az-ın məlumatına görə, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov tutulub.

***11:25

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində, qardaşı oğlu 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.