Şəmkirdə 34 yaşlı qadın ərini bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü Namaz Cəfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Aynurə Cəfərova münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.