Şəkidə 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Oxud kəndində axşam saatlarında baş verib.
Kənd sakini 1998-ci il təvəllüdlü Vüqar Cəfər oğlu Mustafazədə yaşadığı ünvanda sirkə turşusu içərək zəhərlənib.
V. Mustafazadə yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Pasiyent xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Onun su əvəzinə sirkə turşusu işdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.