Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Siyəzən rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***23:38
Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.