Siyəzəndə 39 yaşlı kişi bıçaqlandı - GƏNC OĞLAN SAXLANILDI

Martın 23-də Siyəzən rayonunun Yenikənd kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. 

Stopnarkotik.az xəbər verir ki, kənd sakini, 28 yaşlı Tahir Aslanov münaqişə zəminində həmkəndlisi, 39 yaşlı Rəşad Mahmudovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə T.Aslanov saxlanılıb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalar aparılır./bizim.media