Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub.
Məlumata görə, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.
Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirlib.